Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Arif Əsədov: “Buna milli baxımından mənfi yanaşıram”

Arif Əsədov: “Buna milli baxımından mənfi yanaşıram”

Tarix: 21 Aprel 2024 12:14

"Düşünürəm ki, hazırda bizdə futbolçu qıtlığı var".

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu Azərbaycan millisinin məşqçisi Arif Əsədov deyib.

O, Premyer Liqada komanda sayının artırıla biləcəyi ilə bağlı ehtimallara münasibət bildirib. Təcrübəli mütəxəssis bildirib ki, əgər klublar kimi legioner limitində də eyni hal yaşanarsa, bu, seçim baxımından yaxşı olmayacaq: "Bu baxımdan təbii ki, mənfi yanaşıram. Hansı nöqteyi-nəzərdən artırılacaqsa, ona da baxmaq lazımdır. Əgər səviyyəni qaldırmaq üçün legioner sayını artırmaq istəyirlərsə, hansısa kriteriyaları olmalıdır. Yəni buna da uyğun əcnəbi gətirilməlidir. İkinci tərəfdən komanda sayını artırmaq lazımdır ki, yerli futbolçular ən azından şans qazansınlar. Həmçinin oyunçularımız da ölkə xaricinə çıxa bilsinlər. Amma seçimlərin 80 faizi yerli çempionatdan olduğu üçün təbii ki, buna milli baxımından mənfi yanaşıram".


Milli.Az


Etiketlər:  Arif Əsədov Buna milli baxımından mənfi yanaşıram


RƏYLƏR