Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2024 18:39
Tualet sabunu ilə üzü yumaq dəriyə təsiri baxımından tövsiyə edilmir.
Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, dermatoloq Tatyana Yeqorova sabunun dəriyə neqativ təsirini açıqlayıb.
"Gigiyenik sabunda əsas maddədən əlavə müxtəlif qatqılar olur: antiseptiklər, antibakterial maddələr, müxtəlif ətirləndiricilər, otlardan mayelər və s.
Buj qatqı və otlar allergiya yaradır, antibiotiklər dəridəki faydalı baktreriyaları öldürür və baryeri pozur, Sabunlarda qələbi çoxdur, o dərini ən dərin qatlara qədər qıcıqlandırır. Sabunların antiseptik təsiri də yaxşı heç nə vəd etmir.
Çoxları müasir sabunları təhlükəli hesab edib, 72% təsərrüfat sabununu seçir. Nəzərə alın ki, bu sabunun Ph səviyyəsi 11-12-dir. Quru dəri üçün Ph 3-5, yağlı dəri üçün 5,6-7,5-dir. Ona görə təsərrüfat sabununu dəriyə vurmaq qəti olmaz.
Kükürdlü sabun müalicəvi olsa da, dərinin mikroflorasını pozur. Dərini qurudur, qabıq, səpki, seboreya yarada bilir.
Bəzən onu demodekoz, qoturluq və infeksion xəstəliklərdə təyin edirik, amma bu da qısa müddətli olmalıdır".