Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransada şəhər meri nasist salamı verdi

Fransada şəhər meri nasist salamı verdi

Tarix: 21 Aprel 2024 22:52

Fransanın Vilnöv-Sen-Jorj şəhərinin meri Filip Qoden şəhər şurasının iclası zamanı nasist salamından istifadə edib.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, şuranın iclası zamanı Qoden nasist salamı jestini edib, eyni zamanda nasist salamı verib. Daha sonra mer etdiyi hərəkətə görə üzr istəyib.

"Mən səhv davrandığımı etiraf edirəm, buna görə üzr istəyirəm".

Buna baxmayaraq merin rəqibləri onu istefaya məcbur etmək niyyətindədirlər. Hətta Filip Qodenin maliyyə məsələləri üzrə müavini Emmanuel Ququnyan-Zadiq ona qarşı çıxıb:

"Biz hər şeyi öz adı ilə çağırmalıyıq: bu, antisemit hərəkət idi. Biz daha öz əməlinin ciddiliyini anlamayan bələdiyyə sədri ilə təmsil olunmaq istəmirik".


Etiketlər:  Fransada şəhər meri nasist salamı verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ