Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İordaniya Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışlayıb

İordaniya Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışlayıb

Tarix: 22 Aprel 2024 18:48

İordaniya Haşimilər Krallığının Xarici İşlər və Mühacir Məsələləri Nazirliyi Azərbaycan və Ermənistan arasında dörd kəndlə bağlı əldə olunan razılaşmaya və iki ölkə arasında davam edən demarkasiya səylərinə dəstəyini bildirib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki,  bu barədə nazirliyin sözçüsü Sufian Qudah bəyan edib. O, İordaniyanın iki ölkə arasında sabitlik və təhlükəsizliyin gücləndirilməsinə xidmət edən bu təşəbbüsləri dəstəklədiyini bildirib.

Sufian Qudah bu cür razılaşmaların daha geniş sülh danışıqlarına yol açdığını bildirərək qlobal sülh və təhlükəsizliyin gücləndirilməsində əhəmiyyətli olduğunu vurğulayıb.


Etiketlər:  İordaniya Azərbaycan Ermənistan arasındakı razılaşmanı alqışlayıb


RƏYLƏR