Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2024 21:25
"Anam uşaq vaxtından həmişə ağaca çıxıb meyvə yığıb. Atamla evlənəndən sonra bir dəfə çıxmışdı, yıxılmışdı. Atam demişdi ki, bir də ağaca çıxsan, səni boşayacağam".
Sonxeber.net olay-a istinadən bildirir ki, bu sözləri "7 tamam" verilişində müğənni vüqar Bariton anasının faciəvi ölümü haqda danışarkən deyib.
O bildirib ki, hadisə yay aylarında baş verib:
"Bir dəfə də Bakıdan Qaxa gedəndə gördüm əncir ağacına çıxmaq istəyirdi. Qoymadım. Mən çıxdım. Yıxıldım, iki dəmirin arasında qaldım, yerə yıxılsam, mənə də nəsə ola bilərdi. Alman dili müəllimi idi. Səhər tezdən dururdu, həyətdə çiyələk yetişdirirdi, meyvə yığırdı ki, ailəni hər yerdən dolandırsın. Avqust ayında hamının başını qatıb çıxıb. Atam evdə olmayıb, bacım işdə olub, qardaşım da maşınını düzəldirmiş. Ondan da iki gün əvvəl yağış yağıb. Ondan sonra ümumiyyətlə çıxmaq olmaz. Birbaşa yerə düşməyib. Budaq qırılıb, aşağıdakı budağa dəyib, onu daha da yuxarı qaldırıb. Ciyəri partlayıb, boynu sınıb. Mən o vaxta qədər təsəvvür etmirdim ki, övlad necə anasız qala bilər?".