Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xanım şahmatçımızdan Avropa çempionatında maksimum nəticə

Xanım şahmatçımızdan Avropa çempionatında maksimum nəticə

Tarix: 23 Aprel 2024 10:36

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Rodos adasında təşkil olunan yarışda Azərbaycanın 10 zəka sahibi də mübarizə aparır.

İlk 3 turda maksimum nəticə qazanan Ülviyyə Fətəliyeva startda ardıcıl 4-cü qələbəsini qazanıb. O, bununla da çempionatın liderliyini ələ keçirib.

Gövhər Beydullayeva, Gülnar Məmmədova və Səbinə Rzalı da turu qələbə ilə başa vurublar. Şahmatçılarımız günü ümumilikdə 4 qələbə, 5 heç-heçə və 1 məğlubiyyətlə tamamlayıblar.

Qeyd edək ki, Avropa çempionatında 183 şahmatçı mükafatlar uğrunda mübarizə aparır.

Avropa çempionatı, Qadınlar
IV tur, 22 aprel
Ülviyyə Fətəliyeva - Martina Vikar (Polşa) - 1:0
Alisiya Sliviçka (Polşa) - Günay Məmmədzadə - 1:0
Gövhər Beydullayeva - Anastasiya Raxmanqulova (Ukrayna) - 1:0
Ellen Frederisiya Nilssen (Norveç) - Xanım Balacayeva - 0,5:0,5
Lilit Mkrtıçyan (Ermənistan) - Ayan Allahverdiyeva - 0,5:0,5
Səbina İbrahimova - Ann Mathadze Bujiaşvili (Gürcüstan) - 0,5:0,5
Gülnar Məmmədova - Emiliya Dik-Sala (Avstriya) - 1:0
Səbina Rzalı - Miruna-Daria Lehaçi (Rumıniya) - 1:0
Ana İnes Teyşeyra da Silva (Portuqaliya) - Ləman Hacıyeva - 0,5:0,5
Şlomit Vardi (İsrail) - Nərmin Abdinova - 0,5:0,5

Xal durumu: 1. Ülviyyə Fətəliyeva - 4, 10. Gövhər Bəydullayeva - 3,5, 36. Gülnar Məmmədova - 3, 40. Günay Məmmədzadə - 2,5, 43. Xanım Balacayeva - 2,5, 58. Səbina Rzalı - 2,5, 66. Ayan Allahverdiyeva - 2,5, 71. Səbinə İbrahimova - 2,5, 125. Nərmin Abdinova - 1,5, 131. Ləman Hacıyeva - 1,5.

Milli.Az


Etiketlər:  Xanım şahmatçımızdan Avropa çempionatında maksimum nəticə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ