Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İşə gedərkən qaçırılan qız tapıldı - Təfərrüat - YENİLƏNİB - FOTO

İşə gedərkən qaçırılan qız tapıldı - Təfərrüat - YENİLƏNİB - FOTO

Tarix: 24 Aprel 2024 11:52

11:48

Bərdədə qaçırılan 23 yaşlı qızın tapılaraq ailəsinə təhvil verilməsi ilə bağlı bəzi detallar məlum olub.

Bu barədə oxu.az-a danışan rayonun Uğurbəyli kənd bələdiyyəsinin sədri Kazım Hüseynov bildirib ki, qız 45 yaşlı şəxs tərəfindən məcbur olaraq qaçırılıb:

"Qaçırılan qız gecə saatlarında ailəsinə təhvil verilib. Qız ailəsinə qayıtmaqla bağlı oğlanla razılığa gəlib və axşam saatlarında izahat yazıb ki, onu məcbur olaraq qaçırıblar. O bildirib ki, onu dörd nəfər yox, iki nəfər - 45 yaşlı kişi və bir nəfər sürücü qaçırıb. Həmçinin qız şikayətçi olmadığını da bildirib. Əlavə edib ki, ona qarşı heç bir fiziki və cinsi təzyiq göstərilməyib".

Bələdiyyə sədri əlavə edib ki, bundan sonra ailələr arasında barışıq gözlənilmir. Qızın yaxınları ilə oğlan tərəfin ailə üzvləri arasında heç bir mübahisə yaşanmayıb.

10:26

Bərdədə qaçırılan 23 yaşlı qız tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, keçirilmiş tədbirlər nəticəsində Bərdə rayonunda qaçırılan 2001-ci il təvəllüdlü qız polis əməkdaşları tərəfindən tapılaraq ailə üzvlərinə təhvil verilib.

Hazırda faktla bağlı İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, aprelin 23-də Bərdə rayonunun Uğurbəyli kənd sakini, 2001-ci il təvəllüdlü S.A. səhər saatlarında işə gedən zaman avtomobil yolunun kənarından həmkəndlisi, 45 yaşlı Fərhad Rzayev tərəfindən evlənmək məqsədilə qaçırılmışdı.

----------

24.04.2024 16:12

Bərdə rayonunda 23 yaşlı qız zorla qaçırılıb.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, hadisə rayonun Uğurbəyli kəndində baş verib. Kənd sakini 2001-ci il təvəllüdlü S. Abdullayeva küçədə bir neçə nəfər tərəfindən oğurlanaraq qaçırılıb. Qızın ailəsi onun kənd sakini 1979-cu il təvəllüdlü Fərhad Rzayev tərəfindən qaçırıldığını iddia edir. S. Abdullayevanın valideynləri hadisə barəsində rayon polis şöbəsinə müraciət edib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, aprel ayının 22-də Bərdə rayonunda 2001-ci il təvəllüdlü qızın qaçırılması ilə bağlı Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Hazırda müraciət əsasında polis əməkdaşları tərəfindən axtarış tədbirləri davam etdirilir.

Milli.Az


Etiketlər:  İşə gedərkən qaçırılan qız tapıldı Təfərrüat YENİLƏNİB FOTO


RƏYLƏR