Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2024 23:16
Əgər israillilər İran ərazisinə hücuma keçsələr, özlərini tamam başqa şəraitdə görəcəklər.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri İran Prezidenti İbrahim Rəisi Pakistanın Lahor Universitetində çıxışı zamanı deyib.
O, İranın Dəməşqdəki konsulluğuna hücuma görə İran ordusunun aprelin 13-də İsrailə cavab zərbələrinə toxunub:
"Böyük İran xalqı sionist rejimi İranın Dəməşqdəki konsulluğuna hücumuna görə cəzalandırdı. Əgər sionistlər İran ərazisinə hücum etməklə səhvə yol versələr, özlərini tamam başqa şəraitdə görəcəklər. Sionist rejimdən (onların yeni təcavüzündən sonra) nəyin qalacağı bəlli deyil".