Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2024 06:54
İtaliyanın Milan şəhərində gecə saatlarında paketli hazır məhsulların satışını qadağan edən qanunun tətbiq edilməsi planlaşdırılır. Qadağa pizza, dondurma və digər yeməkləri ehtiva edəcək.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Beləliklə şəhər səlahiyyətliləri gecə saatlarında şəhər küçələrini bürüyən səs-küylü izdihamla mübarizə aparmaq niyyətindədir. Qadağa may-dekabr dövründə, həftə içi saat 00:30-dan və istirahət günlərində 01:30-dan qüvvədə olacaq. O, yalnız açıq havadakı masalara şamil ediləcək.
Şəhər sakinlərinin apelyasiya vermək və qanunun mətninə dəyişikliklər təklif etmək üçün may ayına qədər vaxtları var.