Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Arsenal" "Çelsi"ni darmadağın etdi

Tarix: 24 Aprel 2024 07:34

İngiltərə Premyer Liqasında XXIX turdan təxirə salınmış oyun keçirilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, London derbisində "Arsenal" doğma meydanda "Çelsi"ni qəbul edib.

Görüş "topçular"ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Leandro Trossard, Ben Uayt və Kai Hevertz vurub.

Bu nəticədən sonra xallarını 77-yə çatdıran "Arsenal" liderliyə yüksəlib. "Liverpul" 74 xalla ikinci, rəqibindən bir xal az toplayan "Mançester Siti" isə üçüncü pillədə qərarlaşıb.

Milli.Az


Etiketlər:  Arsenal Çelsini darmadağın etdi


RƏYLƏR