Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2024 12:04
"İnter"in hücumameyilli yarımmüdafiəçisi Hakan Çalhanoğlu, eləcə də "neradzurri"nin hücumçusu Markus Tyuram sosial şəbəkələrdə Milan klubunun prezidenti Stiven Çjanla canlı yayımda hansı qiymətə alındıqları barədə ironik şəkildə danışaraq gülüblər.
Tyuram: "Cənab Prezident, bizi sıfır avroya aldınız!"
Çalhanoğlu: "Bir fincan qəhvə Tyuramla məndən bahadır".
Tyuram: "Hədiyyəmizi almalıyıq".
Çjan: "Bu canlı yayımın səhv olduğunu bilirdim".
Xatırladaq ki, Çalhanoğlu "İnter"ə 2021-ci ilin yayında azad agent kimi keçib. Türkiyəli futbolçu buna qədər "Milan"da çıxış edib. Öz növbəsində, Tyuram ötən yay azad agent kimi "neradzurri"yə keçib. (oxu.az)