Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransanın məşhur klubu Zubiri transfer etmək istəyir

Fransanın məşhur klubu Zubiri transfer etmək istəyir

Tarix: 24 Aprel 2024 14:48

Fransa Liqa 1-də çıxış edən "Tuluza" kollektivi Azərbaycan çempionu "Qarabağ"ın futbolçusu Abdullah Zubiri transfer etmək istəyir.

Sonxeber.net report-a istinadən xəbər verir ki, cari mövsüm Avropa Liqasındakı çıxışı ilə diqqətləri üzərinə cəlb edən Mərakeş əsilli fransalı yarımmüdafiəçinin Ağdam təmsilçisindən ayrılacağı gözlənilir.

Daha əvvəl Fransa çempionatında "Lans" və "Qrenobl" klublarının formasını geyinmiş 32 yaşlı futbolçunun "Tuluza"ya keçəcəyi istisna olunmur.

Qeyd edək ki, Şotlandiya və Rumıniya klublarının da maraq dairəsində olan A.Zubirin "Qarabağ"la müqaviləsinin müddəti yayda başa çatır.


Etiketlər:  Fransanın məşhur klubu Zubiri transfer etmək istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ