Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2024 19:03
Bu gün xarici işlər nazirinin müavini Samir Şərifov Ukraynanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yuriy Husyev ilə görüşüb.
"Qafqazinfo" xəbər verir ki, bu haqda XİN məlumat yayıb.
Bildirilib ki, səfir öncə etimadnaməsinin surətlərini təqdim edib.
Görüş zamanı Azərbaycanla Ukrayna arasında ikitərəfli əlaqələrin cari vəziyyəti və perspektivləri müzakirə olunub.
Ukraynanın səfiri Yuriy Husyev öz növbəsində Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib və Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi üçün maksimum səy göstərməyə hazır olduğunu vurğulayıb.
Tərəflər həmçinin qlobal və regional təhlükəsizliklə bağlı gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Səfirə ölkəmizdəki fəaliyyəti müddətində uğurlar arzulanıb.