Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2019 08:44
Bakı. Trend:
Çinin şərqindəki Şandun əyalətinin ərazisində xilasedicilər qəza nəticəsində kömür mədənində qalan 11 fəhləni təcili əməliyyat tədbirləri görərək çöküntülər altından çıxarıblar.
Trend-in məlumatına görə, xilas edilmiş mədən işçilərinə bütün lazımi köməklik göstərilib. Qəzanın səbəbləri dəqiqləşdirilir, araşdırma aparılır.
Hadisə noyabrın 20-də yerli vaxtla 05:50-də baş verib. Vilayət rəhbərliyi tez bir zamanda təcili yardım qrupu yaradıb, 140-dan çox xilasedicini səfərbər edib. Tıxacı aradan qaldırmaq və mədəndə bloka düşənləri tapmaq üçün bir sutka vaxt tələb olunub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin