Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Nə atadan, nə qardaşdan qorxur” - FOTO

“Nə atadan, nə qardaşdan qorxur” - FOTO

Tarix: 30 Aprel 2024 18:15

"Ola bilsin ki, onlar öz mədəniyyətimizi, kökümüzü başa düşmürlər. Onları efirdə siz nizamlamalısınız".

Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu sözləri "Rəngarəng səhər" verilişində Xalq artisti Nəzakət Teymurova deyib. O, bəzi ifaçıları sərt tənqid edib:

"Bir insan nə atadan, nə qardaşdan, nə el-obasından qorxur. Çəkinəcək yeri yoxdur. Deyir gedirəm orada "partladacam", hər yerdə məni paylaşacaqlar, sosial şəbəkələrdə gündəm olacağam. Amma düşünmür ki, ifası nədir? İnsanın sənəti olmalıdır. İki-üç dəfə gözəlliyimlə çıxıramsa, sonra nə ilə çıxacam? Bir də görürsən, efirdə gah oynayırlar, gah əşyalarını göstərirlər. İnsanın sənəti olmasa, elə 5 gün gəzə bilər. Yola verər, gündəmdə olar. Ondan sonra orada-burada çürüyəcək".


Etiketlər:  atadan qardaşdan qorxur FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ