Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnfarkt riskinizi ölçün!

İnfarkt riskinizi ölçün!

Tarix: 2 May 2024 06:51

Həyati orqanların başında gələn ürək bir çox xəstəliklərin əsas səbəbidir.

Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, xüsusilə də son illərdə gənclərin belə infarkt riski xeyli yüksəlib.

Mütəxəssislər çox bəsit bir testlə infarkt riskini təxmini şəkildə müəyyən etməyin mümkün olduğunu bildirirlər. Ayrı-ayrı tədqiqatların nəticələri göstərir ki, "pilləkən testi" ürək sağlamlığını yoxlamaq üçün asan bir yoldur.

Belə ki, əgər sizə 4 qat pilləkən qalxmaq üçün 1,5 dəqiqədən çox vaxt lazım gəlirsə, deməli, həkimə müraciət edib müayinədən keçməlisiniz.

Ekspertlər bir daha xatırladıblar ki, gündəlik həyatda sadə dəyişikliklər ürək sağlamlığını yaxşılaşdıra bilər. Buna lift əvəzinə pilləkənlərdən istifadə etmək də daxildir.


Etiketlər:  İnfarkt riskinizi ölçün


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ