Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2024 11:32
Ukraynanın Xarici İşlər Nazirliyi tarixdə ilk dəfə olaraq süni intellekt texnologiyasının köməkliyi ilə Viktoriya Şi adlı rəqəmsal şəxsiyyət yaradıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən rəqəmsal şəxsiyyətin vəzifəsi KİV üçün konsulluq məlumatlarını rəsmi olaraq şərh etməkdən ibarət olacaq.
Bildirilir ki, konsulluq məsələləri üzrə Ukrayna XİN-in virtual nümayəndəsi real insan - ukraynalı müğənni və influenser Rozali Nombrenin prototipi əsasında yaradılıb. Nombre bu layihədə ödənişsiz olaraq iştirak etməyə razılıq verib.
Məlumata görə, konsulluq nümayəndəsi Viktoriya Şi ilə Rozali Nombrenin real prototipi iki tamam fərqli şəxslər olacaq.