Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qaradərili qızla biabırçı flört...” - Zaxarova

“Qaradərili qızla biabırçı flört...” -  Zaxarova

Tarix: 2 May 2024 14:34

Ukrayna Xarici İşlər Nazirliyində konsulluq məsələləri üzrə rəqəmsal məsləhətçinin (süni intellekt) qaradərili qız obrazında seçilməsi irqi mövzu ilə biabırçı flörtdür.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, bu cür tədbirlər "liberal tolerantlığın təşviqi" üçün qrantların işlənib hazırlanmasını, "müasir Ukraynaya nüfuz edən irqçi və neonasist ideologiyaların yaratdığı mənzərə"ni ört-basdır etmək cəhdini ifadə edir. Zaxarova xatırladıb ki, 2023-cü ildə Ukrayna Silahlı Qüvvələrinin ərazi müdafiə qüvvələrinin sözçüsü şimali amerikalı transseksual Sara Eşton-Kirillo idi.

"Qrant qurtardı, Kirillo da bitdi. İndi də qrantlar xərclənəndən sonra Kiyev rejiminin bu tapıntısı da yoxa çıxacaq, mahiyyət də dəyişməyəcək - ksenofobiya, irqçilik və neonasizmin ideoloji əsasları qalacaq", - Zaxarova əlavə edib.

Ukrayna Xarici İşlər Nazirliyi konsulluq məsələləri üzrə süni intellektə əsaslanan rəqəmsal məsləhətçi yaradıb. "Viktoriya İ" adlı süni intellekt müğənni Rozali Nombrenin görünüşü əsasında hazırlanıb. Ukrayna xarici işlər naziri Dmitri Kuleba bu təşəbbüsü vaxt və resurslara qənaətlə əsaslandırıb.


Etiketlər:  Qaradərili qızla biabırçı flört Zaxarova


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ