Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina etdi

Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina etdi

Tarix: 2 May 2024 18:44

Gürcüstan hökuməti ABŞ ilə strateji tərəfdaşlıqla bağlı danışıqlardan imtina edib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə ABŞ-nin Gürcüstandakı səfiri Robin Danniqanın bəyanatında bildirilib. Qeyd olunub ki, səfirlik bu yaxınlarda Gürcüstan hökumətinin ali səviyyəli üzvlərini ABŞ-ın ən yüksək səviyyəli liderləri ilə strateji tərəfdaşlıqla və ABŞ-ın yardımları ilə bağlı istənilən narahatlıqları birbaşa müzakirə etməyə dəvət edib.

"Təəssüf ki, Gürcüstan tərəfi bu dəvəti qəbul etməməyi seçdi", - səfirin bəyanatında bildirilib.

Səfir Gürcüstan hökumətinin son həftələrdə ölkəni Avro-Atlantik gələcəyindən uzaqlaşdıran seçimlər etdiyini qeyd edib.

"Təəssüf ki, hakim partiya Avropa İttifaqının Gürcüstanın Aİ istəkləri ilə bir araya sığmadığını açıq şəkildə bəyan etdiyi qanun layihəsini irəli aparmaqda qətiyyətli görünür. Bundan başqa hakim partiyada bəziləri Gürcüstanın suverenliyinin ən böyük dəstəkçiləri olan ABŞ və Aİ-yə hücum etməyi seçiblər", - Deqnan qeyd edib.

Diplomat Gürcüstan hökumətini ölkəni Konstitusiyada qeyd edilmiş Avro-Atlantik kursuna geri qaytarmağa çağırıb.


Etiketlər:  Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ