Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə sərnişin avtobusu aşıb, ölənlər və yaralılar var

Türkiyədə sərnişin avtobusu aşıb, ölənlər və yaralılar var

Tarix: 3 May 2024 08:46

Türkiyənin Aksaray vilayətində avtobusun qəzaya uğraması nəticəsində azı 2 nəfər ölüb, 34 nəfər yaralanıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu əyalətin valisi Mehmet Əli Kumbuzoğlu bildirib.

Onun sözlərinə görə, ölən və yaralananlar yerli vətəndaşlardır. Qəza yerli vaxtla 03:00 radələrində baş verib.

"Kilis şəhərindən İstanbula gedən sərnişin avtobusu Aksaray ərazisində idarəetmədən çıxaraq aşıb. İlkin məlumatlara görə, iki ölü və 34 yaralı var, onlardan altısının vəziyyəti ağırdır".

Yaralılar yerli xəstəxanalara çatdırılıblar. Polis qəzanın başvermə səbəbini araşdırır.

Milli.Az


Etiketlər:  Türkiyədə sərnişin avtobusu aşıb ölənlər yaralılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ