Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Britaniya

Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Britaniya

Tarix: 3 May 2024 09:00

Ukraynanın Britaniya silahları ilə Rusiyanın daxilindəki hədəfləri vurmaq haqqı var.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron "Röyters"ə deyib.

"Rusiya Ukraynanın daxilində hədəfləri vuranda, Ukraynanın nə üçün özünü müdafiəyə ehtiyacı hiss etdiyini anlaya bilərsiniz", - deyə Kemeron bildirib.

O, Böyük Britaniyanın Ukraynaya ehtiyac olduğu müddətdə illik 3 milyard funt-sterlinq (3,74 milyard dollar) yardım göstərməyə davam edəcəyinə söz verib.


Etiketlər:  Ukrayna Rusiyanın dərinliklərini vura bilər Britaniya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ