Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2024 09:25
"Ailədə ata, qardaş olmayanda çox çətin olur. Anam məni çox əziyyətlə böyüdüb. Mən kiçik olarkən yeməyə çörək tapa bilmirdim. Anam mənə görə çox əziyyət çəkib. Hətta qonşuya yemək üçün yalvaran vaxtlar da olub. Mən bunları bilirəm".
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Aysun İsmayılova qonaq olduğu "Qonaqcanlı" verilişində deyib.
Anası Rəqsanə İsmayılovanın studiyaya körpəlik vaxtında qızının geyindiyi ayaqqabılarını göndərib. Bunu görən Aysun kövrələrək, göz yaşlarına hakim ola bilməyib. Anası ilə birgə kiçik yaşlarında üzləşdiyi çətin günləri xatırlayan İsmayılova bu sözləri dilə gətirib:
"Hər zaman deyirəm ki, kaş mən də öz anam kimi ana ola bilim. O mənə görə çox şeyi qurban verib. İnsanlar tanımadıqları insanları kənardan qınayırlar. Yəni heç nədən xəbərləri olmur. Mən çox deyib, gülən insanam. Amma unutmayaq ki, gülən insanlar daxilən içdə ağlayırlar. Mən və anam heç kimə üzləşdiyimiz çətinlikləri və problemləri bildirmək istəməmişik. Çalışmışıq ki, gülək və tamaşaçı heç nəyi bilməsin. O qədər olub ki, anam maşında ağlayıb sonra gülərək məclisə daxil olub. Mən bu anların şahidi olmuşam. Allah anamı mənə çox görməsin. Çünki sən mənə həm ana, həm də ata olmusan. Sənin haqqını heç zaman yeyə bilmərəm. Özümə sənin kimi fədakar ana olmağı arzu edirəm".
Qeyd edək ki, Aysun İsmayılova hamilədir. Onun bir neçə aydan sonra qız övladı dünyaya gələcək. Aysun ötən ilin sonlarında ikinci dəfə ailə həyatı qurub. O, vəkil Ramil Vəliyevlə nikaha girib.