Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2024 16:52
Almaniyanın Berlin şəhərində "Diehl Metal Applications" metallurgiya zavodu yanır.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Berlinin yanğınsöndürmə xidmətinin nümayəndəsi Adrian Vensel bildirib.
Onun sözlərinə görə, binanın dörd mərtəbəsi tamamilə yanıb, bir hissəsi uçub: "Yanğını nəzarət altına almaq mümkün deyil".
A.Vensel bildirib ki, binanın daxilində kimyəvi maddələrdə yanır: "Orada sulfat turşusu və mis sianid də saxlanılırdı". O qeyd edib ki, hidrogen sianid zəhərləyici turşunun yaranması təhlükəsi var. İnformasiyaya əsasən, hadisə yerinə 130 yanğınsöndürən cəlb edilib. Sakinlərə pəncərələri bağlamaq məsləhət görülüb. Xilasedicilər kimyəvi maddələrdən qorunmaq üçün kostyumlar geyinib.