Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Neftçi” Avropa Liqasına getməsə...

“Neftçi” Avropa Liqasına getməsə...

Tarix: 6 May 2024 13:56

Azərbaycanın Avropa Liqasındakı təmsilçisinin I təsnifat mərhələsinin püşkatmasında hansı səbətdə yer alacağına böyük ölçüdə aydınlıq gəlib.

Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, turnirə yeganə vəsiqəyə namizədlərdən yalnız "Neftçi" ikinci dərəcəli klub turnirinə qatılsa, səpələnmişlər səbətində olacaq.

Bu yarışa digər klubumuz qatılsa, səpələnməmişlər sırasında yer alacaq. Buna səbəb təmsilçilərimizin əmsallarıdır.

Avropa Liqasının I təsnifat mərhələsində 16 komanda oynayacaq. Hesabında 10,000 xal olan "Neftçi" ən yüksək reytinqli 8 iştirakçıdan biri ola bilər. "Zirə", "Sumqayıt", "Sabah" və yalnız nəzəri şanslara malik "Səbail"də bu rəqəm 4,025-dir. Bu, ikinci "səkkizlik"də, yəni səpələnməmişlər sırasında yer almaq anlamına gəlir.

Amma "Neftçi"nin Avropa Liqasında yollanmaq imkanları çox aşağıdır. Bunun üçün kubokun finalında "Qarabağ" "Zirə"ni məğlub etməli, "ağ-qaralar" çempionatda ikinci yeri tutmalıdır. Hazırda 5-ci olan Miodraq Bojoviçin yetirmələrinin Avropa Liqası taleyi heç də öz əlində deyil. Son üç turda qələbə 4-cü yerlə Konfrans Liqasına getməyə təminat verirsə, 2-3-cü yerlər üçün digərlərinin xal itkiləri zəruridir.

Artıq "Elfsborq" (İsveç), "Rujomberok" (Slovakiya), həmçinin Rumıniya və Sloveniya təmsilçilərinin də səpələnməmiş olacağı dəqiqləşib. Xorvatiya klubu isə səpələnmiş olacaq.

Qeyd edək ki, avrokubokların ilk iki təsnifat mərhələsinin püşkü iyunun 18-19-da atılacaq.


Etiketlər:  Neftçi Avropa Liqasına getməsə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ