Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qalatasaray”ın sabiq futbolçusu Braziliyada həbs olundu

“Qalatasaray”ın sabiq futbolçusu Braziliyada həbs olundu

Tarix: 7 May 2024 18:50

"Mançester Siti" klubunun sabiq futbolçusu Jo Braziliyada saxlanılıb.

Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki,  buna səbəb "sambaçı"nın aliment ödəməməsidir.

Braziliya 2-ci divizionunda "Amozanas" klubunda çıxış edən forvard oyundan əvvəl saxlanılıb. Futbolçunun vəkilinin sözlərinə görə, aliment ödənildikdən sonra o, sərbəst buraxılacaq.

Qeyd edək ki, Jo "Mançester Siti", "Everton", "Qalatasaray", SSKA (Moskva), "Korintians", "İnternasional", "Atletiko Mineyro" və "Naqoya Qrampus" klublarının şərəfini qoruyub. O, Braziliya millisində 20 oyun keçirib və bu matçlarda 5 qolla yadda qalıb.


Etiketlər:  Qalatasarayın sabiq futbolçusu Braziliyada həbs olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ