Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2024 19:36
Türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu İngiltərənin Çempionşip təmsilçisi "Hall Siti" baş məşqçisi Liam Rosenyorla yollarını ayırıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, son olaraq 46-cı turda "Plimut"a səfərdə məğlub olan (0:1) "pələnglər" 39 yaşlı mütəxəssisi istefaya göndəriblər.
Mövsümü 70 xalla 7-ci pillədə başa vuran komanda pley-offdan kənarda qalıb.
Qeyd edək ki, L.Rosenyor 2022-ci ildən "Hall Siti"yə başçılıq edirdi.