Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xatun: “Ana yox, nənə olanda daha xoşbəxt oldum”

Xatun: “Ana yox, nənə olanda daha xoşbəxt oldum”

Tarix: 7 May 2024 22:10

Müğənni Xatun Əliyeva yeni açıqlaması ilə diqqət çəkib. 

Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, sənətçi qonaq olduğu "Rəngarəgn səhər" verilişində xoşbəxt anlarından söz açıb. 

Xatun bu anları cəmi iki dəfə yaşadığını dilə gətirib: 

"Hər zaman çalışıram ki, enerjimi yüksək tutum. Adi bir şeylər məni xoşbəxt edə bilər. Bu, pulla olan məsələlər deyil. Birdən baş verir və özümü çox xoşbəxt hiss edirəm. Xoşbəxt anlarım çox olub. Mənim ən xoşbəxt anım toyumun olması, ağ libas geyinməyim olub". 

Bu anda proqramın aparıcısı Aysel Novruzovanın "Ana, yoxsa nənə olmaq sizi xoşbəxt etdi?" sualına müğənni "Əlbəttə ki, nənə olanda daha xoşbəxt oldum" cavabını verib. 

Qeyd edək ki, Xatunun oğlu Adil 2022-ci ildə Gülnar adlı xanımla ailə qurub. Ötən ay valideyn olan cütlüyün Adel adında qız övladları dünyaya gəlib. 


Etiketlər:  Xatun nənə olanda daha xoşbəxt oldum


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ