Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“WhatsApp”da daha bir yenilik

“WhatsApp”da daha bir yenilik

Tarix: 9 May 2024 11:56

"WhatsApp" mesencerində foto və video çəkməklə bağlı yeni funksiya istifadəyə veriləcək.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, qeyd olunub ki, foto çəkərkən istifadəçilər çəkiliş miqyasını dəyişə biləcəklər. Bunun üçün onlar kamera işarəsinin yanında yerləşən xüsusi düyməni basmalı olacaqlar. Yeni funksiyanın proqram vasitəsilə foto və video çəkiliş prosesini daha rahat edəcəyi bildirilir.

Məlumata görə, yenilik "WhatsApp" mesencerinin "iOS" əməliyyat sistemi əsasında işləyən qurğular üçün beta versiyasında mövcuddur.

Qeyd edək ki, daha əvvəl tətbiq edilən yenilik sayəsinə mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratmaq mümkün olub.


Etiketlər:  WhatsAppda daha yenilik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ