Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2024 21:21
Bahar gələndə yol kənarlarında soyulmuş qanqal satanları çox görmüsünüz yəqin. Çox ucuz qiymətə satılan bu yabanı bitki dadlı olmaqla yanaşı həm də sözün həqiqi mənasında can dərmanıdır.
Sonxeber.net lent.az-a istinadən "Şəfalı bitkilər" rubrikasında bu dəfə ala qanqalın faydalarından bəhs edir.
Ala qanqal (ona bəzi bölgələrdə süd otu da deyirlər) farmakopeyaya daxil edilmiş ofissinal dərman bitkisidir, ondan geniş istifadə edilir. Tərkibi 400-ə qədər bioaktiv maddələrdən ibarətdir. Əsasən qaraciyər, öd daşı, plevrit, bağırsaq xəstəlikləri, həmçinin yanıqlar, babasil və sarılıq zamanı istifadə olunur.
Qanqalın qandurulducu xüsusiyyəti var. Hətta qədimdə arzuolunmaz hamiləlik zamanı qadınlar qanqal yeyərək hamiləliyin qarşısını alırdılar.
Qanqal güclü antioksidant, ödqovucu, qankəsici, hipotenziv, işlədici və yarasağaldıcı təsirə malikdir. Eyni zamanda dəri, ağciyər, ginekoloji xəstəliklər və ürək-damar patologiyalarının müalicəsində də əvəzsiz sayılır.
Tərkibində təbiətdə bitkilərdə nadir hallarda rast gəlinən silimarin adlı maddə var. Bu maddə hüceyrələrin membranını müxtəlif təsirlərdən qoruyur, keçiriciliyini gücləndirir və yenilərinin yaranmasını təşviq edir. Eyni zamanda zülal sintezini stimullaşdırır, selik istehsalını artırır və zəhərli maddələri zərərsizləşdirir. Yəni qanqal gəncləşdirici effektə malikdir.
Qanqaldan hepatit və sirrozlarda, dalaq xəstəliklərində, öd yollarının iltihabında, öd daşı, kolit, xolesistit və şəkərli diabet xəstəliklərin müalicəsində də istifadə edilir. Cinsi həvəsi artırır, öskürək, sinə ağrıları, ürəkbulanma, qızdırma və susuzluğa faydalıdır. Təbabətdə eyni zamanda tərqovucu vasitə kimi də istifadə edilir.
İstifadə qaydası
Müalıcə məqsədi ilə bitkinin kökü, meyvəsi və toxumları istifadə edilir.
Payızda bitkinin kökləri qazılaraq çıxarılır, axan suyun altında yuyulur və 40-50 dərəcə temperaturda qurudulur. Toxumları isə tam qurudulduqdan sonra yaxşı havalandırılan yerlərdə parça torbalarda saxlanılır. Cövhər, dəmləmə, spirtli tinktura və ekstrakt şəklində istifadə edilir.
Kökündən hazırlanmış həlimi xarici vasitə kimi şiş və irinləmələrin müalicəsində təyin edilir. İstifadə qaydası: 30 q xammalın üzərinə 0,5 litr qaynar su tökülür, suyun yarısı qalana qədər qaynadılır və süzülür. Gündə 3 dəfə, hər dəfə 1 xörək qaşığı yeməkdən 1 saat sonra qəbul edilir. Müalicə kursu 1-2 aydır. Həmçinin, toxumunu toz halına salaraq gündə 4-5 dəfə, hər dəfə 1 çay qaşığı qida qəbulundan 20 dəqiqə əvvəl 1 ay müddətində qəbul etmək immunitet sistemini gücləndirir.