Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2024 07:18
ABŞ-ın Qəzza zolağında atəşkəs, o cümlədən cənubundakı Rəfah şəhərində hərbi əməliyyat üçün İsrailə təzyiq etməməsinin ağır nəticələri olacaq.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian BMT-nin Baş katibi Antonio Quterreşlə telefon danışığı zamanı bildirib.
"Əgər ABŞ Netanyahuya atəşkəslə razılaşmaq üçün təzyiq göstərməsə və heç bir şəkildə Rəfahda yeni cinayətlərə müdaxilə etməsə, o zaman müharibənin tərəfdarları dəhşətli nəticələrlə üzləşəcəklər", - deyə o bildirib.
İranlı nazirin sözlərinə görə, Ağ Ev İsrail rejiminə təzyiq göstərməyi və müharibəni dayandırmağı və ya regionda böhran və gərginliyin yeni səviyyəsinə keçməyi seçməlidir.
Abdullahian həmçinin BMT-dən yəhudi dövlətinə təzyiqi artırmağı tələb edib.