Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 May 2024 08:56
"Xarici agentlər haqqında" qanun layihəsi ölkənin xarici kursuna - AB və NATO-ya inteqrasiyaya təsir göstərmir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
"Bir daha aydınlaşdırmaq istərdim ki, dövlətin Gürcüstan Konstitusiyasında təsbit olunmuş aydın kursu var. 2017-ci ildə Gürcü Arzusu müxalifətin dəstəyi olmadan Gürcüstan Konstitusiyasına norma daxil edib, həm Avropa Birliyinə, həm də NATO-ya inteqrasiya hökumətin konstitusiya vəzifəsi kimi müəyyən edilib. Ona görə də təbii ki, bizim siyasi kursumuz, xarici kursumuz aydındır", - baş nazir qeyd edib.
Qeyd edək ki, Gürcüstan parlamenti gələn həftə "Xarici agentlər haqqında" qanun layihəsini üçüncü oxunuşda qəbul etməyi planlaşdırır.