Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Milyarderlərin ən ağıllısı'' vəfat etdi

''Milyarderlərin ən ağıllısı'' vəfat etdi

Tarix: 11 May 2024 13:40

Sağlığında "investisiya əfsanəsi" kimi qəbul edilən "Renaissance Technologies hedcinq" fondunun təsisçisi Ceyms Simons 86 yaşında vəfat edib. Yaratdığı fond onun ölüm xəbərini rəsmi olaraq bildirir.

Milli.Az lent.az-a istinadən bildirir ki, təşkilatın saytında deyilir: "Biz həmtəsisçimiz və Fəxri Sədr Ceyms Harris Simonsun vəfatını dərin hüznlə elan edirik". O, mayın 10-da Nyu-Yorkda dünyasını dəyişib.

1982-ci ildə Massaçusets riyaziyyatçısı "Renaissance Technologies" investisiya şirkətini qurub. Birjada alqı-satqı üçün riyazi alqoritmdən istifadə edib və bunun sayəsində maliyyə sərvətini milyarda çatdırıb. "The Economist Simons"u "bütün zamanların ən uğurlu investoru" kimi tanıyıb. Onu "milyarderlərin ən ağıllısı" da adlandırırdılar.

Milli.Az


Etiketlər:  Milyarderlərin ağıllısı vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ