Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Onsuz harasa gedə bilmərəm''

''Onsuz harasa gedə bilmərəm''

Tarix: 11 May 2024 15:25

"Övladım hardadısa, gəzintim odur. Onsuz harasa getmək mənlik deyil. Ancaq işlə bağlı gedirəm. Heç bir istirahətimi onsuz təsəvvür etmirəm".

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Gülay Zeynallı "Günaylı gün" verilişində deyib. Sənətçi qızı Sahilə ilə getdiyi Bali istirahətindən danışıb. 

"Dost qədri bilənəm, amma qədrimi bilməyəni silirəm. Dünya iki günlükdür, yaxşı və mərd yaşamaq lazımdır. Hər şey zamanından tez yaşandı, yaşımdan çox anlayıram" deyə, Gülay əlavə edib. 

İfaçı bildirib ki, məşhurlaşandan sonra insanlar onun adını övladlarına qoyub:

"Sənətə təzə gələndə kimsə adımı soruşurdu. Deyirdim, amma anlamırdılar, çoxu Günay deyirdi. İndi isə hər yerdə Gülay adı məşhur olub. Hətta çoxu deyir ki, sizdən sonra qızıma Gülay adını qoymuşam".


Etiketlər:  Onsuz harasa gedə bilmərəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ