Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2024 06:09
Havanın çirklənməsi, yaxşı qidalanmamaq və siqaret çəkmək ağciyər sağlamlığını ciddi şəkildə təhdid edən amillərdəndir. Sağlamlığınızı qorumaq üçün həyat şəraitinizi dəyişdirmək, tütün məhsullarından istifadəni dayandırmaq, sağlam qidalanmaq və idmanla məşğul olmaq son dərəcə vacibdir.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, mütəxəssislər sağlam həyat üçün ağciyərləri qoruyan qidaları açıqlayıb. Tövsiyə olunan bu qidalar mütəmadi olaraq istehlak edildikdə, onlar sözün əsl mənasında ağciyərləri təmizləyir.
Tərkibində C vitamini, E vitamini və beta-karoten olan meyvə və tərəvəzlər ağciyər sağlamlığını dəstəkləməkdə son dərəcə təsirlidir. Çiyələk, brokoli, portağal, qırmızı bibər və yerkökü bu vitaminlərlə zəngindir.
Omeqa 3 yağ turşuları iltihabı azaldaraq ağciyər sağlamlığını dəstəkləyir. Somon, kətan toxumu və skumbriya bu yağ turşuları ilə zəngindir.
Tərkibindəki katexin sayəsində yaşıl çay nizamlı olaraq istehlak edildikdə ağciyər toxumasının sərtləşməsinin qarşısını alır.
Qəhvə tərkibindəki antioksidantlar və kofein sayəsində ağciyər sağlamlığını dəstəkləməyə kömək edir. Bu səbəbdən mütəxəssislər gündə bir fincan qəhvə içməyi məsləhət görürlər.
Menyuda evdə hazırlanan qatıq mütləqdir. Kalsium, kalium, selen və fosforla zəngindir. Müntəzəm olaraq istehlak edildikdə ağciyər sağlamlığını qorumağa kömək edir.
Sarımsaq və soğan ikilisi təbii antibiotikdir. Tərkibində həmçinin iltihab əleyhinə komponentlər var. Ağciyər sağlamlığını qoruyan soğan və sarımsağın müntəzəm istehlak edilməsi tövsiyə olunur.
Çuğundur tərkibindəki betalain sayəsində ağciyər funksiyalarını yaxşılaşdırmağa kömək edir. Betalaindən əlavə, kalsium və A və C vitaminləri ilə də zəngindir. Damarları genişləndirərək oksigen qəbulunu asanlaşdıran çuğundur, ağciyər sağlamlığının qorunmasında son dərəcə təsirlidir. Bununla belə, diqqət tələb edən bir məsələ var.
C vitamini ilə zəngin olan sitrus meyvələri immunitet sistemini gücləndirərək ağciyər sağlamlığını qorumağa kömək edir. Pəhrizinizə mövsümi sitrus meyvələrini daxil edə bilərsiniz.
Narın tərkibində antioksidantlar və antiinflamatuar komponentlər var. Bu səbəblə ağciyər sağlamlığını dəstəkləməyə kömək edən meyvələrdən biridir.