Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2024 09:50
Avroviziya təmsilçilərimiz Fəxri İsmayılov və İlkin Dövlətov Avroviziyakı çıxışlarından sonra açıqlamalar ediblər.
Sonxeber.net olay-a istinadən bildirir ki, ifaçılar "İnfe Azerbaijan" yutub kanalında qonaq olublar. Onlar "Finala keçə bilməməyinizin səbəbini, maneəni nədə görürsünüz" sualını cavablandırıblar. Fəxri səsinin olmadığını deyənlərə cavab verib:
"Səbəbini əslində bilmirəm. Mən çox şərhlər oxumuşam. Kimsə deyir, mənim səsim yoxdur, və yaxud həyəcanlı idim. 300 milyon insan baxırdı. Ekran qarşısında da, səhnənin ətrafında da insan çox idi. Təbii ki, həyəcan olur. Amma bu normaldır. Bu sadəcə mənim ilk addımlarımdır. Mən həqiqətən şadam ki, bu qədər gözəl dəstək gəldi. O qədər mesaj var idi, instaqramım çöküb. Nə paylaşa bilirəm, nə cavab yaza bilirəm. Mənim üçün çox böyük bir motivasiya idi ki, sadə vətəndaşından Xalq artistinə kimi hər kəs yazdı".
İlkin isə əsas məqsədlərinin sevilmək olduğunu söyləyib:
"Təkcə biz çıxıb ifa edirik, amma bizim komandamızın arxa planda böyük işləri var. Onları çox insan görmür. Mən həmişə qeyd etmişəm ki, bizim birinci məqsədimiz ölkəmizin vətəndaşları tərəfindən sevilək. Bilmirəm, nə baş verdi, nə oldu. Əslində hər şey qaydasındadır. Biz öz işimizi gördük".