Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putinin yeni seçimi müzakirə yaratdı - FOTO

Putinin yeni seçimi müzakirə yaratdı - FOTO

Tarix: 13 May 2024 10:46

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin ölkənin müdafiə naziri postuna Andrey Belousovun namizədliyini irəli sürüb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Belousovun sözügedən vəzifəyə namizədliyi sosial şəbəkələrin Rusiya seqmentində müzakirələrə səbəb olub.

Belə ki, mayın əvvəli istefa verən hökumətdə Baş nazirin birinci müavini olan Belousovun hərb sahəsi ilə əlaqəsinin olmaması bir çoxlarında marağa səbəb olub və birmənalı qarşılanmayıb. 

İxtisasca iqtisadçı olan 65 yaşlı məmur müxtəlif zamanlarda Vladimir Putinin iqtisadi məsələlər üzrə köməkçisi, iqtisadi inkişaf naziri, Rusiya Federasiyası hökuməti aparatının iqtisadiyyat və maliyyə departamentinin direktoru, Makroiqtisadi Təhlil və Qısamüddətli Proqnozlaşdırma Mərkəzinin Baş direktoru vəzifələrində çalışıb. Bununla yanaşı, o, 1981-2006-cı illərdə Rusiya Elmlər Akademiyasında işləyib. 

Onu da qeyd edək ki, Belousov 2020-ci ildə ölkənin keçmiş Baş naziri Mixail Mişustinin koronavirusa yoluxması zamanı aprelin 30-dan mayın 19-na qədər Nazirlər Kabinetinin rəhbərinin səlahiyyətlərini icra edib. 

Belousov eyni zamanda Rusiya iqtisadiyyatı barədə kitabın müəllifidir.

Rusiyanın "RBK" nəşri isə Putinin müdafiə naziri postunda Sergey Şoyqunun Andrey Belousov ilə əvəzlənməsi təklifinə maraqlı şərh verib. Bildirilir ki, Rusiya lideri müdafiə naziri vəzifəsinə mülki şəxsi təklif etməklə öz rəhbərliyi dövründə yaranan ənənəni davam etdirib.

Belə ki, Putin tərəfindən təyin edilən ilk müdafiə naziri kəşfiyyatçı, general Sergey İvanov olub. O, 2001-2007-ci illərdə Rusiya Müdafiə Nazirliyinə rəhbərlik edib. Onu bu vəzifədə daha sonradan keçmiş baş vergi müfəttişi Anatoliy Serdyukov əvəz edib və 5 il müdafiə naziri olaraq çalışıb. İxtisasca inşaat mühəndisi və Rusiyanın Fövqəladə Hallar Nazirliyinin yaradıcısı Sergey Şoyqu isə 2012-ci ildə Müdafiə Nazirliyinin rəhbəri vəzifəsinə gətirilib. O, bu təyinatdan əvvəl Moskva vilayətinin qubernatoru idi. 


Etiketlər:  Putinin yeni seçimi müzakirə yaratdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ