Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2024 21:03
Ancaq dietoloqlar tahinə biraz limon şirəsi əlavə etməyi məsləhət görürlər. Çünki tərkibində dəmir olan tahini limon kimi C vitamini ehtiva edən təbii turşulu qida ilə birləşdirdikdə faydası 10 dəfə artır.
Tahinin tərkibində çoxlu maqnezium və sink var. Limonun turşluğu isə tahinin ağır və yağlı strukturunu balanslaşdırır, daha yüngül və təravətləndirici dad yaradır. Bu birləşməyə xüsusilə salatlarda, qəlyanaltılarda və sendviçlərdə yer vermək olar.
Bundan əlavə, tahin-limon qarışımını dərman kimi qəbul etmək də olar. Bunun üçün bir xörək qaşığı tahinə 3 damcı limon sıxmaq kifayətdir. Bunu hər səhər müntəzəm olaraq istehlak etmək qısa zamanda fayda verəcək.
Sonxeber.net medicina.az-a istinafən tahinlə limon qarışımının inanılmaz təsirlərini təqdim edir:
- İmmuniteti gücləndirir, orqanizmi xəstəliklərdən qoruyur.
- Orqanizmdə qan əmələ gətirən maddələrin sayı artır. Qan hüceyrələri çoxalır.
- Sümük sağlamlığını gücləndirir.
- Yorğunluğu aradan qaldırır. Enerji ehtiyatlarını gücləndirir.
- Sonsuzluq riskini aradan qaldırır. Ana və ata olmaq istəyənlər üçün təbii dərmandır.
- Bədəndən bütün toksinləri çıxarır. Bu sayədə ödemin yığılmasının qarşısını alır.
- Kalsium, maqnezium, fosfor və mis kimi gündəlik ehtiyac olan maddələrin çatışmazlığını aradan qaldırır.
- Ağciyərləri təmizləyir. Nəfəs alma çətinliklərini minimuma endirir. Həmçinin siqaretdən zədələnmiş ağciyər hüceyrələrini yeniləyir.