Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Noyabr 2019 10:28
Qazaxıstan Premyer Liqasında başa çatan mövsümün ən yaxşıları açıqlanıb.
Qol.az yerli mətbuata istinadən xəbər verir ki, millimizin qapıçısı Emil Balayev də siyahıda yer alıb.
"Tobol"da çıxış edən 25 yaşlı qiolkiper mövsümün ən yaxşısı qapıçısı adına layiq görülüb. O, mövsümün ən uzun quru seriyası (736 dəqiqə) ilə Qazaxıstan çempionatları tarixinin ilk 5-liyinə düşüb.
Balayevin debüt mövsümündə etibarlı çıxışı ilə komandanın aparıcı üzvlərindən birinə çevrilməsi bildirilib.
Xatırladaq ki, Emil Balayevin çıxış etdiyi “Tobol” mövsümü 4-cü yerdə bitirib.