Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2024 09:56
Böyük Britaniya hökuməti ölkə həbsxanalarında sıxlıq olduğu üçün bəzi cinayətkarları müvəqqəti olaraq azad etmək qərarına gəlib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bundan əlavə, cəzaçəkmə müəssisələrində sıxlığın yaranmasının qarşısını almaq məqsədilə bəzi məhkəmə iclasları təxirə salınacaq. Agentlik bildirib ki, daha uzun həbs cəzaları və ağır cinayətlərə daha sərt yanaşma fonunda İngiltərə və Uelsdə son 30 ildə məhbusların sayı iki dəfə artıb.
Britaniyanın baş naziri Rişi Sunakın sözçüsü bildirib ki, vaxtından əvvəl azadlığa buraxılma yalnız cəza müddəti bitmək üzrə olanlara şamil ediləcək. Lakin, azadlığa çıxan şəxslər yenə də ciddi nəzarət altında olacaqlar.
Bu tədbir terrorizm, cinsi təcavüz və ya ciddi zorakılığa görə məhkum olunmuş cinayətkarlara şamil edilməyəcək. Həbsxana müdirləri də bəzi məhbusların azadlığa buraxılmasına mane ola bilər.
"Reuters"in Ədliyyə Nazirliyinin bəyanatına istinadən verdiyi məlumata görə, zaminə buraxılması rədd edilən məhbuslar polis bölməsində həbsdə qala biləcəklər.