Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2024 20:00
Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə birgə mətbuat konfransı zamanı bildirib.
Kobaxidze isə öz növbəsində Bakı və İrəvanın sonda əsl sülh razılaşmasına nail olacağına inandığını deyib:
"Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinin əhəmiyyəti böyükdür. Biz bu iki ölkənin nəticə etibarı ilə bir sülh sazişi üzrə razılıq əldə edəcəklərinə inanırıq".