Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Problem var: 4 obyekt Azərbaycana keçir - Qriqoryanın canına ''vəlvələ'' düşüb

Problem var: 4 obyekt Azərbaycana keçir - Qriqoryanın canına ''vəlvələ'' düşüb

Tarix: 17 May 2024 08:22

Demarkasiya və delimitasiya üçün əsas 1976-cı il xəritələridir. Bu xəritələrdən Ermənistanın və Azərbaycanın harda olduğunu bilirik. Bu xəritələrə görə Ermənistan-Azərbaycan sərhədi tam mövcuddur.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyanın efirində Qazax-Tavuş (Tovuzqala) istiqamətində demarkasiya və 4 anklav olmayan kəndin Azərbaycana qaytarılması haqda danışarkən deyib.

Qriqoryan "Azərbaycan fikrini dəyişsə, nə olacaq" sualına belə cavab verib:

"Beynəlxalq ictimaiyyətin güclü dəstəyi ilə irəli getmək olar".

O, 25 hektar ətrafında gedən söhbətlərə də münasibət bildirib və qeyd edib ki, əvvəl bu ərazidə əsgərlər xidmət edirdi, sərhədçilər o əraziyə yerləşəndən sonra sözügedən torpaqlar kənd təsərrüfatı üçün istifadə ediləcək.

"Ümumilikdə Bağanis, Voskepar və Berkaberdə heç bir problem yoxdur, lakin Kirantsda müəyyən problemlər yaranıb. 1976-cı ilin xəritəsinə görə, Ermənistan ərazisinə düşməyən 4 obyekt var. Bu obyektlərdən biri ev, digəri kiçik ev, növbətisi mağaza, digəri qarajdır. Bütün bu problemlər hökumətə ünvanlanıb. Bunları həll edəcəyik. Biz tamamilə Ermənistan Respublikasının ərazisindən keçəcək yol çəkəcəyik (Gürcüstana gedən yolun bir hissəsi Azərbaycan ərazisindən keçir - red.). Bu proseslə biz daha çox təhlükəsizlik təminatları yaradırıq", - Qriqoryan vurğulayıb.

Onun sözlərinə görə, qaz kəməri baxımından da heç bir problem yoxdur.


Etiketlər:  Problem obyekt Azərbaycana keçir Qriqoryanın canına vəlvələ düşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ