Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2024 11:14
"Panatinaikos" baş məşqçi Fateh Terimlə yollarını ayırıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə türkiyəli futbol mütəxəssisi özü açıqlama verib.
"Ötən axşam klub prezidenti Giannis Alafouzos ilə görüşdük və vəziyyəti dəyərləndirdik. Müzakirələr nəticəsində 2024-2025-ci mövsümü üçün planlarımızın uyğun olmadığı qənaətinə gəldik", - Terim bildirib.
Qeyd edək ki, F. Terim ötən ilin dekabr ayında klubla 1,5 illik müqavilə imzalamışdı. "Panatinaikos"un baş məşqçisi qismində 26 rəsmi oyuna çıxan F. Terim bu müddət ərzində 14 qələbə, 6 heç-heçə və 6 məğlubiyyətə imza atıb.