Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2024 20:40
Slovakiyanın baş naziri Robert Fiko bu gün yenidən əməliyyat olunub, lakin onun vəziyyəti ağır olaraq qalır.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə Slovakiyanın Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinyak bildirib.
Kalinyak qeyd edib ki, həkimlərin baş nazirin sağalmağa doğru başladığını dəqiq söyləməsi üçün bir neçə gün vaxt lazımdır.
Xatırladaq ki, mayın 15-də R.Fikoya qarşı sui-qəsd törədilib. Baş nazir 71 yaşlı yazıçı Yuray Çintula tərəfindən güllələnib.