Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

14 yaşlı fubolçu Maradonanın rekordunu qırdı

14 yaşlı fubolçu Maradonanın  rekordunu qırdı

Tarix: 18 May 2024 09:40

Argentinalı futbolçu, 14 yaşlı Mateo Apolonio "Deportivo Riestra" klubunda debüt edib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "TyC Sports" məlumat yayıb.

Apolonio bununla Dieqo Maradona və Serxio Aqueronun rekordunu təzələyib.

Futbolçu Argentina kubokunun 1/8 final mərhələsində Lionel Messinin keçmiş komandası olan "Nyuells Old Boyz"la matçın 84-cü dəqiqəsində meydana daxil olub.

Dieqo Maradona 16 yaşına 10 gün qalmış "Argentinos Juniors"da, Serxio Aquero isə 15 yaş 35 günlük olarkən "İndependiente"də debüt edib.

Xatırladaq ki, Mateo Apolonionun komandası "Nyuells Old Boyz"a 0:1 hesabı ilə məğlub olub.


Etiketlər:  yaşlı fubolçu Maradonanın rekordunu qırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ