Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qarabağ” Avropa rekordunun bir addımlığında

“Qarabağ” Avropa rekordunun bir addımlığında

Tarix: 20 May 2024 19:48

"Qarabağ" Azərbaycan Premyer Liqasındakı ev oyunlarındakı məhsuldarlığı davam etdirir.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Ağdam klubu ardıcıl 14-cü dəfə qonaqların qapısına 2 və ya daha çox qol vurub.

Qurban Qurbanovun yetirmələri mövsümün son ev matçında "Turan Tovuz"u 4:3 hesabı ilə məğlub edib. "Qarabağ" bu qarşılaşmada seriyasını 14-ə çatdırıb.

Bu, Avropa klublarının davam edən seriyaları arasında 3-cü nəticənin təkrarıdır. "Qarabağ" TNS-lə eyni nəticəyə malikdir.

Yalnız iki klubu Azərbaycan çempionunu qabaqlayır. "Vikinqur" İslandiyada, "Sportinq" Portuqaliyada ardıcıl 15 ev matçında ən azı 2 qol vurur. Rekordun bir addımlığında olan Ağdam klubu seriyasını növbəti mövsüm davam etdirə biləcək.

Qeyd edək ki, Qurbanovun komandası çempionatdakı son görüşündə "Araz-Naxçıvan"ın qonağı olacaq.

Milli.Az


Etiketlər:  Qarabağ Avropa rekordunun bir addımlığında


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ