Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2024 20:46
İran prezidenti İbrahim Rəisinin də olduğu helikopter dağlarda qəzaya uğradıqdan sonra Təbriz şəhərinin cümə imamı Məhəmməd Əli Ale Haşem bir saata yaxın sağ qalıb.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
"O, helikopter qəzasından sonra bir saat ərzində sağ olub və hətta prezident administrasiyasının rəhbəri Qulamhüseyn İsmailiyə də zəng edib", - məlumatda vurğulanır.
Məhəmməd Əli Ale Haşem
Xatırladaq ki, İranda helikopter qəzası mayın 19-da baş verib. İlkin məlumatlara görə, İran dövlətinin başçısı İbrahim Rəisi də daxil olmaqla 8 nəfər həlak olub.
Yüksək rütbəli məmurların dəfn mərasimi mayın 21-də olacaq. İranda hadisə ilə bağlı beş günlük matəm elan edilib.