Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2024 09:35
Türkiyəli məşhur aktrisa Farah Zeynep Abdulahın səhhətində problemlər yaranıb.
Sonxeber.net showbaku-ya istinadən xəbər verir ki, bu barədə aktrisa sosial media hesabında yazıb.
O, artıq 4 gündür yemək yeyə bilmədiyini açıqlayıb:
"Boynumda disk yırtığı var, qalxanabənzər vəzim işləmir, Haşimoto xəstəliyim (qalxanabənzər vəzin autoimmun xəstəliklər qrupuna aiddir - red.) və beynimdə zədə var. 4 gündür heç nə çeynəyə bilmirəm. Yemək yemirəm. Maye ilə qidalanıram".