Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Minskdə güclü yağış: metronu su basdı - VİDEO

Minskdə güclü yağış: metronu su basdı - VİDEO

Tarix: 21 May 2024 10:32

Mayın 20-də Minskdə güclü yağış yağıb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, leysan nəticəsində bir neçə küçəni, metronun "Ploşad Lenina" stansiyasını, ticarət mərkəzi və kafeləri su basıb.

Minsk metrosunun mətbuat xidmətindən verilən məlumata görə, güclü yağış səbəbindən metronun "Ploşad Lenina" stansiyasının tağlarından su sızıb. Metropoliten əməkdaşlarının fövqəladə vəziyyətin aradan qaldırılması üçün tədbirlər gördüyü vurğulanıb.

Həmçinin, Tolstoy və Moskva küçələrinin kəsişməsi, eləcə də "Galileo" ticarət mərkəzi su altında qalıb.


Etiketlər:  Minskdə güclü yağış metronu basdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ