Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu şəxslərin maaşı 100 manata yaxın artdı

Bu şəxslərin maaşı 100 manata yaxın artdı

Tarix: 21 May 2024 16:12

Son bir ildə Bakı şəhərində orta aylıq əmək haqqının məbləğində 100 manata yaxın artım qeydə alınıb. Ötən ilin aprelin 1-də 1 152 manat olan orta maaş məbləği bu ilin aprelin 1-də 1 244 manata çatıb.

Milli.Az Sfera.az-a istinadən xəbər verir ki, bir il ərzində paytaxtda muzdla çalışanların orta əmək haqqı 92 manat artıb.

Son bir ildə çalışanların sayında da ciddi artım qeydə alınıb. Bir il əvvəl paytaxtda 905 min muzdlu işçi olub. Amma bu il onların sayı 954,4 minə çatıb. Müqayisə edilən müddətdə işçi sayında 49,4 min artım baş verib.

Xatırladaq ki, Azərbaycanda orta əmək haqqı 985 manat təşkil edir. Orta maaş Bakıda 1244 manat olsa da, kənar regionlarda 675 manatdır.

Milli.Az


Etiketlər:  Bu şəxslərin maaşı 100 manata yaxın artdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ