Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2024 18:48
İran lideri Ayətullah Əli Xamenei helikopter qəzasında həlak olan respublika Prezidenti İbrahim Rəisi və onu müşayiət edənlərin cənazələri üzərində dua mərasimi keçirəcək.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, mayın 22-də Tehran Universitetində dua mərasimi baş tutacaq.
Xatırladaq ki, mayın 19-da İbrahim Rəisinin helikopteri İranın Verzeqan şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində helikopterinin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub.